Qarabağ
Bu şəxslər Qarabağa buraxılmayacaq - VİDEO
Kredit və aliment gecikməsinə görə axtarışda olan şəxslər Qarabağa səyahət zamanı postdan buraxılmırlar.
Publika.az "Xəzər TV"yə istinadən xəbər verir ki, belə bir xəbərdarlıq Qarabağa tur təşkil edən əksər şirkətlərdə qeyd olunub. Hətta bildirilir ki, həmin şəxs postdan buraxılmadığı təqdirdə etdiyi ödəniş geri qaytarılmayacaq.
Turizm üzrə ekspert və tur təşkilatçısı Fariz Bəşirov deyir ki, bəzi vətəndaşlar axtarışda olduqlarına rəğmən, turlara qoşulurlar və posta çatanda isə polis əməkdaşları tərəfindən saxlanıldıqda birbaşa tur şirkətini günahlandırırlar. Bu səbəbdən də Qarabağa təşkil olunan turlarda bu xəbərdarlığı qeyd etmək şərt olub.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirilib ki, axtarışda olan şəxs məkanından asılı olmayaraq polis əməkdaşı tərəfindən aşkarlanırsa, axtarışa verildiyi rayon üzrə təhvil verilir.
Daha ətraflı videomaterialda:
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































