Qarabağ
Laçının təbiətini belə dağıdırlar - ŞOK VİDEO
İllərlə 18 may tarixini hüznlə qarşılayırdıq. Çünki Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonu 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 28 illik həsrətə Azərbaycan Ordusu son qoydu. İşğalçıları Laçından qovaraq bütünlükdə Qarabağı düşmən əsarətindən qurtardı.
İllərlə Laçın həsrətilə yaşayan xalqımız, nəhayət, 2020-ci ildə Qarabağı azad görmək arzusuna çatdı.
“Böyük Qayıdış” çərçivəsində 2023-cü ildə Laçın şəhərinə ilk köç başladı. Laçına köçən sakinlərin məşğulluğu üçün paralel olaraq iş yerlərinin tikintisi də aparılırdı. Belə bir deyim var “Laçının laçın vaxtları qayıtdı”.
Ancaq "əmma”lar" da peyda olmağı başladı. Laçına səfər edən şəxslər, orada məskunlaşan insanlar bu əsrarəngiz bölgənin təbiətini, ekologiyasını nəinki qoruyur, hətta onu dağıdırlar.
Publika.az xəbər verir ki, bu barədə "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad sosial şəbəkədə video paylaşıb. Videodan görünür ki, istirahət edən insanlar yeyib-içdikdən sonra ərazini zibilliyə çeviriblər. Plastik qablar, yemək qırıntıları ətrafa səpələnib.
QHT sədri bununla bağlı maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu bildirib.
Deyəsən, bəzi azərbaycanlılar üçün Qarabağın alınması həqiqətən də “kefqomluq” etmək üçün əlavə məkan hesab olunur.
Kimsə kiməsə “istirahət etmə” deyə bilməz. Bu füsunkar torpaqlar bizə məxsusdur və orada istirahət etmək də hər bir azərbaycanlının haqqıdır. Amma bu yerləri qorumaq daha ümdə vəzifədir. Unutmayın, o torpaqlar qan bahasına alınıb.
Həmin videonu təqdim edirik:
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama
-
Rəsmi xronika13:16Prezident şad xəbəri çatdırdı: Maaş və pensiyalar...
-
Ekologiya12:46Bakıda güclü yağış yağacaq - Hava kəskin dəyişəcək
-
Rəsmi xronika11:18Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir - İlham Əliyev
-
Dünya10:56“İsrail torpağı” kimi göstərdilər: ABŞ qəzetində qalmaqallı xəritə yayıldı
-
Rəsmi xronika10:36YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir - YENİLƏNDİ
-
Sosial08:36Bakının iki rayonu qazsız qalacaq






































.jpg)

