Qarabağ
İlham Əliyevə və Putinə təklif etmişəm ki... - Paşinyan görün nələr danışdı
Biz bütün beynəlxalq tərəfdaşlarımızın sülh prosesində rolunu yüksək qiymətləndiririk.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında Rusiyanın iştirakını necə qiymətləndirdiyi ilə bağlı mətbuat konfransı zamanı bildirib.
O əlavə edib ki, Azərbaycanla iş ikitərəfli formatda aparılır.
“Biz bu məsələ ilə bağlı qərar verməliyik. İndiki mərhələdə biz ikitərəfli formatda işləyirik və bu, düzgün bir şeydir. Mən bu barədə Rusiya prezidentinə də son telefon danışığımızda dedim”.
Paşinyan vurğulayıb ki, o, ikitərəfli formatla yanaşı, başqa formatlarda da işləməyi istisna etmir.
“Hər bir işə ayrıca məsələ kontekstində ayrıca baxılmalıdır. Mən özüm də Azərbaycan prezidentinə təklif etmişəm ki, ikitərəfli görüş keçirilsin. Bu, demarkasiya komissiyalarının toplaşdığı Ermənistan-Azərbaycan sərhədində baş verə bilər. Mən də belə təmaslara hazıram. Hesab edirəm ki, bütün məsələlər konkret kontekstdə nəzərdən keçirilməlidir”.
Adəm Abbaslı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































