Qarabağ
Ermənistan Qarabağla bağlı bu addımı atmağa hazırlaşır - DETALLAR
Ermənistan parlamentində Qarabağla bağlı yeni qalmaqal yaranıb.
Publika.az xəbər verir ki, “Ermənistan” fraksiyasının üzvü Artsvik Minasyan spiker Alen Simonyandan “Ermənistan-Qarabağ parlamentlərarası komissiyasının iclasını çağırmaq niyyətində olub-olmadıqlarını” soruşub.
Simonyan cavabında bildirib ki, “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyasının buraxılması zəruridir, çünki “qarşı tərəf” artıq mövcud deyil”.
“Qarabağ rəsmiləri artıq yoxdur. “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil. Buna görə “parlamentlərarası komissiya” formatının ləğvini ciddi şəkildə müzakirə etmək lazımdır. 2021-ci ildə bu formatda bir iclas keçirilib, bir müddət sonra ikinci iclasın keçirilməsi planlaşdırılırdı, lakin “Qarabağ parlamentinin o vaxtkı sədri” səhhətində yaranan problemlərə görə iclasın ləğv edilməsini xahiş etdi. Bu məsələnin indi niyə müzakirə edildiyini başa düşmürəm. “Dağlıq Qarabağ” öz liderinin fərmanı ilə ləğv edilib”, - erməni spiker bildirib.
Minasyan isə onunla razılaşmayıb. İddia edib ki, heç kim belə bir qərar verə bilməz. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.
Simonyan bildirib ki, “Qarabağ hakimiyyəti” hər şeyi təhvil verdi və helikopterə minib Ermənistana qaçdılar.
“İndi də gəlib burada “Qarabağ nümayəndəliyinə” toplaşıblar, öz günahlarını təmizləməyə çalışırlar. Onlar bunu təmizləyə bilməyəcək. Biz “Qarabağ nümayəndəliyinin” də ləğvini nəzərdən keçirməliyik. Hesab edirəm ki, “nümayəndəliyin” yerləşdiyi bina artıq belə şeylər üçün istifadə edilməməlidir”, - o deyib.
Asif
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































