Qarabağ
Ermənistan Qarabağla bağlı yeni təşkilat yaratdı - Plan nədir?
Ermənistan hakimiyyətinin Xankəndidən İrəvana qaçan separatçıları neytrallaşdırmaq üçün işə saldığı Samvel Babayan planı baş tutmayıb.
Publika.az xəbər verir ki, Paşinyan hakimiyyəti separatçı Samvel Babayanı keçmiş “Qarabağ klanı"na yaxın separatçıları neytrallaşdırmaq üçün aktiv şəkildə dəstəkləyirdi. Ermənistan mediası Babayanın Qarabağ adına QHT yaradacağını və Qarabağdan qayıdan erməni əhalisinin problemləri ilə məşğul olacağını yazırdı. Bununla hakimiyyət erməni əhalisini “Qarabağ klanı"na yaxın separatçılardan uzaqlaşdırmaq və siyasiləşməsinin qarşısını almağı düşünürdü.
“Hraparak” nəşri yazır ki, bu plan iflasa uğrayıb.
“İndi yeni plan işə salınıb. Artıq bir neçə aydır “Qarabağ qaçqınlarının insan haqları assosiasiyası” yaradılıb. Bu təşkilat “Facebook”da fəallığı ilə diqqət çəkir. Təşkilata Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qohumu, Qarabağda (qondarma) “milli təhlükəsizlik xidməti”nin əməliyyatçısı olmuş Andranik Qriqoryan rəhbərlik edir. O, müxtəlif yerlərdə yaşayan “Qarabağ erməniləri” ilə görüşlər keçirir. Əslində məqsəd bu əhalini öz tərəflərinə çəkməkdir. Buna görə onlara dəstək verirlər”, - nəşr yazır.
Asif
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































