Qarabağ
Bu gücün qarşısında heç bir düşmən dayana bilməz - Sabiq səfir
“Azərbaycan Silahlı Qüvvələri dünya hərb tarixində bir ilkə imza atmağı bacarıb. Xankəndi bölgəsində Azərbaycan üçün təhlükə yaradan terror mərkəzlərini lokal xarakterli antiterror tədbirlərlə 23 saat 48 dəqiqə ərzində məhv etdi”.
Bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə Nümayəndəsi Hulusi Kılıç deyib.
O qeyd edib ki, müddət, dəqiqlik və nizam-intizamı baxımından antiterror tədbirləri dünyada keçirilmiş nümunəvi hərbi əməliyyatdır:
“Antiterror tədbirləri nəticəsində mülki infrastruktur və dinc əhali arasında heç bir itki olmadı. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan vətəndaşları təhdid altında öz evlərini tərk etmək məcburiyyətində qaldılar və heç bir əşyalarını götürmədən öz yurdlarından didərgin düşdülər. Buna baxmayaraq, Azərbaycan Prezidenti və xalqının səxavəti sayəsində heç bir erməni vətəndaşının əmlakına toxunulmadı. İstədikləri qədər əşyalarını götürüb, bizim torpaqlarımızdan getdilər. Ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib, azərbaycanlılarla birgə qala bilərdilər. Onlara bu hüquq da verilmişdi”.

Sabiq səfir diqqətə çatdırıb ki, Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsindən sonra çox fərqli orduya çevrildi:
“Belə ki, həmin dövr ərzində böyük təcrübə qazandı. Hazırda Azərbaycan Ordusu bölgənin ən güclü ordusudur. Güclü bir ordu dünyada görülməyən bir ilkə imza atdı. 23 saat ərzində ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Azərbaycan Ordusu hər il daha da inkişaf edir. Prezidentin söylədiyi kimi, Azərbaycan Ordusu Türkiyə ordusunun kiçik modelidir. İki ölkənin ordusu daim birlikdə təlimlər keçirir, gücünə güc qatır. Güclü dövlətdə güclü ordu və lider olur. Güclü xalqın isə güclü ordusu olur. Bu qədər gücün qarşısında heç bir düşmən dayana bilməz”.
Aysel Şahmar
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































