Qarabağ
Ağdam Sənaye Parkında ildə 2,1 milyon ədəd rulon divar kağızı istehsal ediləcək - FOTO
“Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) divar kağızları istehsalı zavodu Ağdam Sənaye Parkında 1,6 hektar ərazidə yaradılıb. İnvestisiya həcmi 8 milyon manat olan müəssisə Azərbaycanda divar kağızları istehsal edən ilk zavoddur.
Publika.az xəbər verir ki, bunu Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Mister Decor” MMC-nin direktoru Əli Əliyev deyib.
Zavod rəhbəri bildirib ki, illik gücü 2,1 milyon ədəd rulon divar kağızının istehsalı olan müəssisədə 76 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. Burada ən müasir texnologiyalardan istifadə edilir. Xammal Avropa ölkələrindən və Çindən idxal olunur. Dizaynlar İtaliya və Almaniyadan alınıb. Basqı dəzgahları isə Çin məhsuludur. Zavodda istehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır. Hazırda Özbəkistan zavodun məhsulları ilə maraqlanır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə zavodda istehsal edilən divar kağızlarından istifadə olunur.
“Mister Decor” MMC-yə 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti statusu verilib. MMC sənaye parklarında tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 400 min manatdan çox vəsaitə qənaət edib.
Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 19-da “Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyətinin divar kağızları istehsalı zavodunun açılışında iştirak edib.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































