Qarabağ
Bakıda həbsdə olan Arutyunyan Vardanyanla bağlı nələr deyib? - SİRLƏR AÇILIR
Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda həbsdə olan separatçı Ruben Vardanyanı Qarabağa Rusiyanın göndərdiyinə işarə etmişdi. Onun bu açıqlaması Ermənistanda ciddi müzakirələrə səbəb oldu. Əslində Paşinyan haqsız deyildi, çünki Rusiya vətəndaşlığından imtina edərək, Qarabağa qanunsuz şəkildə gələn Vardanyanla bağlı müəyyən planların olduğu görünürdü. Ötən ilin sentyabr ayında Azərbaycan ordusu anti-terror tədbirləri ilə erməni separatizmini ləğv etdi və Vardanyan da daxil olmaqla terror dəstələrinin rəhbərləri həbs olundu.
Publika.az xəbər verir ki, Ermənistanda Nikol Paşinyanın Vardanyanın Qarabağa gəlişindən məlumatlı olduğu, onun qondarma “dövlət naziri” təyin edilməsinə xeyir-dua verdiyinə dair iddialar irəli sürülüb.
Erməni siyasətçi, keçmiş deputat Naira Zöhrabyan həbsdə olan separatçı Araik Arutyunyanın bu haqda ona dediklərini açıqlayıb.
“Araik Arutyunyan Bakıda həbsdə olsa da, onunla şəxsi söhbətimi açıqlayacam. Müharibədən sonra (44 günlük-red) mənə (qondarma) “artsax”ın Rusiyadakı nümayəndəsi olmağı təklif etdilər. Mən imtina etdim. O vaxt Xankəndidə olarkən, Araik Arutyunyan şəxsi söhbətimizdə dedi ki, Ruben Vardanyanın səlahiyyət müddəti Paşinyanla razılaşdırılıb.
Vardanyan da Bakıdan verdiyi cavabda bildirdi ki, təyinatından sonra Paşinyan onunla görüşüb. Hakimiyyət bir dəfə bəyan etdi ki, onlar (separatçılar) Ermənistana gəlsələr, dövlət çevrilişi edəcəklər, bu haqda səs yazılarının olduğu iddia olunurdu. Bu baxımdan, onların Bakıda həbsdə qalması Paşinyana sərf edir”, - Zöhrabyan iddia edib.
Asif
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































