Qarabağ
Vətən müharibəsinin 7-ci günü – Suqovuşan necə azad edildi? - VİDEO
3 oktyabr səhəri günlərlə gedən döyüşlərin sonunda ordumuz artıq Suqovuşana yaxınlaşmışdı... Ermənistan silahlı qüvvələrinin iki xüsusi təyinatlı alayının da bu ərazidə olması belə onları dayandırmır...
Xüsusi təyinatlılar Suqovuşanın içərisindən keçərək düşmənin arxa hissəsinə sızır. Ordumuzu qarşıdan gözləyən ermənilər arxa hissədən hücumu görən zaman çaşbaş qalır. Səhər saatlarında isə artıq kəşfiyyat bölmələri Suqovuşanın içərisini də Ermənistan silahlı qüvvələrindən təmizləyirlər.
Suqovuşandan qovulan düşmən qüvvələri Ağdərə istiqamətində yenidən komplektləşdirilir.
Xüsusi təyinatlılar və kəşfiyyat bölmələri hərəkətə keçirlər. Suqovuşan ətrafındakı yüksəkliklər üçün yeni döyüşlər başlayır.
Bu müddət ərzində isə cənub cəbhəsində bölmələrimiz Cəbrayılın Nüzgar kəndinin qarşısında ciddi müqavimətlə rastlaşırlar. Mövqelər uğrunda da döyüşlər gedir və bu döyüşlər nə az nə çox, 4 gün davam edir.
Ali Baş Komandan, Prezident İlham Əliyev özünün rəsmi tvitter səhifəsində günün ən xoş xəbərini paylaşır. Ordumuzun Suqovuşanda Azərbaycan bayrağını qaldırdığı bildirilir. Bundan bir neçə saat sonra isə dövlət başçısı Tərtər, Cəbrayıl və Füzuli rayonlarının 7 kəndinin azad edildiyini açıqlayır.
Publika.az xəbər verir ki, Xezerxeber.az mövzu ilə bağlı ətraflı videomaterial hazırlayıb.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































