Qarabağ
Ərdoğan Bakı və İrəvanın sülh uğrunda səylərini yüksək qiymətləndirdi
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı İstanbulda keçirilən "3+3" regional məsləhət platformasının toplantısına toxunub.
Publika.az-ın əldə etdiyi məlumata görə, o qeyd edib ki, Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri platforma çərçivəsində Türkiyədə olublar.
Çelik qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbul zamanı qaldırdığı mövzular Cənubi Qafqazda sülhün bərqərar olması baxımından son dərəcə əhəmiyyətlidir.
“Prezidentimiz onların Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. Bundan əlavə, o qeyd edib ki, Gürcüstanın platformaya qoşulması həm də Qafqazda sülh nöqteyi-nəzərindən vacibdir”, - deyə spiker vurğulayıb.
Çelikin sözlərinə görə, qəbul zamanı aydın olub ki, Türkiyə Qafqazda sülhün əldə olunmasında əsas rol oynayan ölkədir.
Adəm Abbaslı
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































