Qarabağ
Bütün Türk dünyasını qürurlandıran, Ermənistanın təslim olduğu Zəfər Günü
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz 2020-ci sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq, işğal altındakı torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi və bununla da xalqımız Müzəffər Ali Baş Komandanın ətrafında səfərbər oldu. Rəşadətli Azərbaycan Ordusunun Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.
Bununla da 2020-ci il noyabrın 8-i tariximizə ən şanlı gün kimi yazıldı.
Bu tarixi gün münasibətilə Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə Nümayəndəsi Hulusi Kılıç Publika.az-a açıqlama verib.
O qeyd edib ki, Qarabağ Azərbaycanın ürəyi, Şuşa isə tacıdır:
“Zəfər Günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərlərinin öz qanları ilə qazandıqları qələbədir. 8 noyabr həm də Ali Baş Komandanın Azərbaycan xalqına qələbə müjdəsi verdiyi gündür.

“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
8 noyabr qəhrəman Azərbaycan əsgərlərinin sıldırım qayalara qalxaraq Şuşanı düşmən işğalından azad etdiyi, Ermənistanın təslim olduğu gündür”.

Sabiq səfir diqqətə çatdırıb ki, Azərbaycan Qarabağsız, Qarabağ Şuşasız ola bilməz:
“44 gün davam edən müharibədə Azərbaycan Prezidenti dünyaya öz gücünü göstərdi. Azərbaycan Ordusunun qazandığı zəfər hərbi məktəblərin dərsliyinə salındı. Bu zəfər təkcə Azərbaycanı yox, bütün Türk dünyasını qürurlandırıb. Qardaş ölkələr üçün motivasiya olub. 44 günlük Qarabağ qələbəsi sadəcə bir dastan deyil, gələcək nəsillərin oxuması lazım olan tarix kitabıdır. Can Azərbaycanın Zəfər Günü mübarək olsun. Bəşəriyyət var olduqca üçrəngli bayraq Türk dövlətləri səmasında yan-yana dalğalansın”.
Aysel Şahmar
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi



















.jpg)















.jpg)

.jpg)