Qarabağ
Şəhid atası: Tarix yazan oğulların adını harasa yazmağa ehtiyac yoxdur!
Şuşa azad edildiyi gündən bu şəhərə ayaq basan elə bir şəhid ailəsi görmədim ki, “Şuşaya getdim” desin. Hamı “Şuşanı ziyarət etdim” deyir. Çünki bu torpaqların hər qarışında bir igidin qanı var. Vətən bizim ən müqəddəs andımız, Şuşa isə Qələbəmizin simvoludur. İnsan oraya ayaq basanda ayağını asta qoyur. Çünki o yurdda Vətən uğrunda fəda etdiyimiz canların nəfəsini duyuruq.
Publika.az xəbər verir ki, bu sözləri Vətən müharibəsində itkin düşmüş şəhid İbrahim Vəlizadənin atası Səməd Vəliyev deyib.
Vətən müharibəsindən 6 il keçməsinə baxmayaraq, hələ də övladını axtaran şəhid atası əlavə edib: “Murovun soyuq aşırımlarında, Şuşanın ucsuz-bucaqsız meşələrində ondan bir iz axtarıram. Bu 6 ildə əlimə bir çöp belə götürüb daşa, torpağa İbrahim yazmamışam. Çünki buna ehtiyac duymamışam. Niyə yazmalıyam ki? Tarix yazan oğulların adını harasa yazmağa ehtiyac yoxdur. Onların adını tarix özü yazıb.
Bir neçə gündür ürək yanğısı ilə Şuşadakı mənzərələri izləyirəm. Şəhid atası kimi o insanları qınayıram. Bəlkə də Şuşanın necə azad olunduğundan xəbərləri yoxdur. Gör, neçə igid bu torpaqda can qoyub. Çönüb geriyə baxın, görün həmin oğullar Şuşada necə qəhrəmanlıq tarixi yazıblar”.
Səməd Vəliyev vurğulayıb ki, şəhid qanı ilə sulanan torpaqlarda heç kimin öz nişanəsini qoymağa haqqı yoxdur: “Mən bir şəhid atası kimi bu əməlləri törədən hər kəsi qınayıram. Bir daha demək istəyirəm ki, dövlətimiz hər zaman şəhidinə dəyər verib və bu missiya bu gün də davam edir. Heç kimin haqqı yoxdur şəhid qanı ilə sulanan o torpaqda öz nişanəsini qoysun”.(Azərtac)
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı











.jpg)
.jpg)













.jpg)









