Qarabağ
Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz
Qarabağ Azərbaycanın tarixini, mədəniyyətini və incəsənətini özündə birləşdirən bir örnək, Vətənimizin baş tacıdır. Baş tacımızın incisi isə Şuşa hesab olunur. Uzun müddət işğal altında olan Qarabağ torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman oğullarımızın şücaəti ilə azad olundu. Daha sonra antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu o demək idi ki, Azərbaycan yenidən öz şanını-şöhrətini, mənliyini qaytarmış oldu.
Publika.az xəbər verir ki, bu fikirləri tarix üzrə fəlsəfə doktoru, Şəkidən olan ziyalı Rahim Həsənov Cıdır düzündə maddi-mədəniyyət nümunələrimiz olan qaya və daşların üzərinə yazılanlardan təsirlənərək ifadə edib.
“Cıdır düzündə qaya və daşlara doğrudan da şəhid və qazi adları yazanlar bunu təəssübkeşlikdən irəli gələrək etsələr də, digər tərəfdən nəzərə almaq lazımdır ki, dünyada divar, qaya və daş üzərində yazılar hansı nöqteyi-nəzərdən baxılırsa baxılsın, alt mədəniyyət, yəni subkultura hesab olunur. Ona görə də belə addımlar yolverilməzdir və qarşısı alınmalıdır”, - deyə tarixçi-alim bildirib.
O hesab edir ki, ümumiyyətlə, tarixi abidələr, maddi-mədəniyyət nümunələri haqqında əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasına zərurət var. Belə yazılara əksər hallarda tarixi abidələrin divarlarında, mədəniyyət ocaqlarının hasarlarında da rast gəlinir. Bu baxımdan insanların məlumatlandırılması, izahat işlərinin aparılması gələcək işlərin faydasına olar.
Rahim Həsənov deyir ki, bu təbəqədən olan insanların adları küçələrə, meydanlara verilirsə, daş-qayalara deyil, tarixdə yaşadılmalı və təbliğ edilməlidir. Bu mənada Azərbaycan dövləti şəhidlərin xatirəsinin yaşadılması üçün yetərincə işlər görür, hətta xarici ölkələrdə belə bununla bağlı layihələr həyata keçirilir. Eyni zamanda, şəhidlərin tarixi qəhrəmanlığı haqqında sənədli filmlər çəkilir, reportajlar hazırlanır, əsərlər çap olunur.(Azərtac)
-
Avropa17:26Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 13-ə çatdı
-
Qarabağ 17:17Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz
-
Digər17:09Sürüşmə 43 can aldı - 519 nəfər itkin düşüb
-
MDB16:15Ukraynada ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə danışıqlar aparılır
-
Qarabağ 14:00Şuşanın qayaları xatirə dəftəri deyil, qan yaddaşımızın canlı salnaməsidir
-
Ekologiya13:03Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
MDB10:50Qazaxıstanda abidələrə qarşı vandalizm - Cəzalar sərtləşdirilib
-
Avropa10:34Britaniya şokda: Mühüm məmurların şəxsi məlumatları internetə sızdırıldı































.png)




