Qarabağ
Xankəndi məni heyran edir - Aktotı Raimkulova
“Qarabağda yəqin ki, artıq səkkizinci dəfədir oluram, Xankəndiyə isə ilk dəfə gəlmişəm. Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı”.
Publika.az xəbər verir ki, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərtac-a müsahibəsində bildirib.
O, Xankəndidə Zəfər Parkında yerləşən abidənin və Zəfər tağının rəmzi əhəmiyyətini qeyd edib.
“Biz böyük sevinc və ehtiramla Qarabağın böyük əziyyətlərlə qazanılmış, bu gün isə artıq xoşbəxt olan torpağına gəlirik. Bu möhtəşəm abidə və Zəfər tağı yeni dünyaya açılan qapını simvolizə edir. Vətən müharibəsinin 44 günü, Qarabağın azad edilməsi - hər gün sanki qələbəyə aparan pillələr kimi müəyyən bir elementlə ifadə olunub. Bu, həqiqətən də möhtəşəm ideyadır. Abidə çox gözəldir - ağ rəngdədir, yüngül və zərif təsir bağışlayır”, - deyə Aktotı Raimkulova bildirib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti abidənin və Zəfər Parkının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Xankəndi ümumiyyətlə, heyran edir. Bilirik ki, vaxtilə bu, mühüm mərkəz olub, burada dövlət muzeyləri, universitetlər fəaliyyət göstərib. Bu gün bütün bunlar yenidən dirçəldilir. Mən mədəniyyət və incəsənət adamıyam, buna görə də möhtəşəm Mədəniyyət Mərkəzini ziyarət etməkdən xüsusilə məmnun oldum”, - deyə o bildirib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycan xalqını Qarabağda həyata keçirilən genişmiqyaslı layihələr münasibətilə təbrik edib. O, davamlı sülhün bərqərar olacağına ümid etdiyini bildirib və uşaqlara sülh şəraitində gələcək arzulayıb.
“Çox ümid edirəm ki, Azərbaycan torpağında həmişə sülh olacaq. Qoy torpaqlarımızda sülh olsun, qoy xalqlarımız sülh içində yaşasın, uşaqlarımız isə həmişə başları üzərində gözəl mavi səma görsünlər”, - deyə o əlavə edib.
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika23 Noyabr 14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır















.jpg)



.jpg)




.jpg)











