Qarabağ
27 Sentyabr: Azərbaycanın taleyini dəyişən 44 gün və yeni reallıqlar
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixinin ən mühüm hadisələrindən biri oldu. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın işğal altında olan ərazilərinin böyük hissəsi azad edildi və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başlandı. Bu tarixi qələbə yalnız Azərbaycanın deyil, bütövlükdə regionun siyasi və geosiyasi reallıqlarına ciddi təsir göstərdi.
Məhz bu mövzu ilə bağlı Publika.az-a danışan politoloq Oqtay Qasımov bildirdi ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin əsas səbəbi, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda mübarizə idi.
Onun sözlərinə görə, 30 ilə yaxın bir müddət ərzində beynəlxalq təşkilatlar, o cümlədən BMT qəbul etdiyi 4 qətnamənin icrası ilə bağlı konkret addımlar atmayıb:
“Bu müddət ərzində Ermənistana qarşı hər hansı ciddi təzyiq göstərilmədi. Əksinə, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın işğalına gizli dəstək verməklə bu işğalı legitimləşdirməyə çalışır, Azərbaycanı mövcud “reallıq”larla barışmağa dəvət edir və torpaqlar əvəzinə sülh modeli təklif edirdilər. Şübhəsiz ki, 44 günlük müharibə Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə yadda qaldı.

Azərbaycan bununla beynəlxalq hüququn tələblərini yerinə yetirdi, BMT-nin 4 qətnaməsini icra etdi, öz torpaqlarını işğaldan azad etdi və bölgədə yeni reallıqlar yaratdı. Üç il sonra Azərbaycan ərazi bütövlüyü ilə yanaşı, suverenliyini də tam şəkildə bərpa etdi və separatizmin kökü kəsildi. Məhz bundan sonra Azərbaycan öz imkanlarını reallaşdıraraq orta gücə çevrilmə istiqamətində addımlar atmağa başladı.
Azərbaycanın beynəlxalq nüfuzu ciddi şəkildə yüksəldi və ölkəmiz regional, beynəlxalq proseslərdə daha aktiv rol almağa başladı. O cümlədən, Azərbaycanın bu qələbəsi türk dünyasının inteqrasiyası və türk dövlətləri arasında əlaqələrin genişlənməsi, Türk Dövlətləri Təşkilatının (TDT) daha ciddi və güclü bir təşkilata çevrilməsi üçün stimul verən mühüm hadisə oldu. Bu baxımdan, 27 sentyabr 2020-ci il tarixi bizim üçün şəhidlərin anım günü olmaqla yanaşı, milli qürur və ləyaqət günümüz kimi də tarixə düşdü”.
Politoloq bu prosesin Azərbaycan və Ermənistan arasındakı münasibətlərə təsirindən də bəhs etdi:
“Ermənistan bu döyüşlərdə ağır məğlubiyyətə uğrayaraq reallıqları qəbul etdi və Ermənistanın baş naziri 2022-ci ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Yəni Qarabağ daxil olmaqla, anklavlar da nəzərə alınmaqla, artıq Ermənistanla münasibətlərdə yeni mərhələ başlandı.
.jpg)
Artıq sülh müqaviləsinin mətni də razılaşdırılıb və paraflanıb. Sadəcə olaraq, bu prosesin sona çatması üçün Ermənistana müəyyən tələblər irəli sürülməli və təzyiqlər göstərilməlidir ki, Ermənistan Konstitusiyasında dəyişikliklər etsin, TRIPP layihəsi (Orta Dəhliz) istiqamətində real və praktiki addımlar atsın. Bu da bölgədə dayanıqlı sülhün təmin olunmasına töhfə verəcək mühüm addım olardı.
Ümumən, məhz 2020-ci il sentyabrın 27-dən başlayan proses iki ölkə arasındakı münasibətlərə təsir etdi və ticarət dövriyyəsi də başladı. İki ölkə arasında tranzit məhdudiyyətlərinin ləğv edilməsi də yeni mərhələnin yaratdığı reallıqlardandır”.
Müəllif: Roza Şəfiyeva
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır
-
MDB09:53Ermənistan rusların ən çox səfər etdiyi ölkə imiş - Siyahı
-
Qarabağ 09:35Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
MDB09:19Peskov: "Yaxşı ki, cənab Zelenski əzəli rus dilini unutmayıb"
-
MDB08:12Bu adlar uşaqlara verilə bilməz - Rusiyada YENİ QADAĞA
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz
-
Magazin206:16Coninin daha bir konserti təxirə salındı - FOTO
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək

































.jpg)

