Qarabağ
Xocavənd Şəhəri Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu günün qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 18-də Sərəncam imzalayıb.
Bu münasibətlə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Xocavənd Şəhəri Günü keçirilir.
Publika.az xəbər verir ki, tədbirin əsas məqsədi Xocavəndin işğaldan azad olunmasını, Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin bərpasını qeyd etmək, xalqımızın Zəfər tarixini yaşatmaqdır. Eyni zamanda, tədbir Xocavənd sakinlərini bir araya gətirmək, uşaqların və böyüklərin asudə vaxtını səmərəli keçirməsinə şərait yaratmaq, şəhərin mədəni həyatına töhfə vermək, eləcə də Böyük Qayıdış çərçivəsində doğma yurda qayıdan sakinlər üçün xoş və yaddaqalan bayram ab-havası yaratmaq məqsədi daşıyır.
Tədbir çərçivəsində uşaqlar üçün ustad dərsləri, yaradıcılıq və maarifləndirici vorkşoplar, üz boyama (face art), interaktiv oyunlar və müxtəlif əyləncə proqramları keçirilir.
Həmçinin balaca sakinlər üçün “Şəngülüm-Şüngülüm” tamaşası təqdim ediləcək. Uşaqlar üçün xüsusi hazırlanmış tamaşa günün proqramında əyləncəli və maarifləndirici məzmunu ilə seçilir.
Axşam saatlarında isə Xocavənd Şəhəri Gününə həsr olunmuş konsert proqramı təqdim olunacaq. Konsertdə tanınmış incəsənət nümayəndələrinin çıxışları, musiqi və bədii nömrələr təqdim ediləcək.
İlk dəfə keçirilən Xocavənd Şəhəri Günü doğma yurda qayıdan sakinlərin bir araya gəlməsi, birlik və həmrəylik duyğularının paylaşılması, şəhərin yeni həyatının mədəni tədbirlərlə zənginləşdirilməsi və Xocavənddə bayram ovqatının yaradılması baxımından əhəmiyyət daşıyır.
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika23 Noyabr 14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
















.jpg)







.jpg)











