Qarabağ
Emin Hüseynov: Xocavənddə 4500 nəfərə yaxın əhali məskunlaşıb
Xocavənd rayonunda 1 083 ailə doğma yurduna qayıdıb.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov media nümayəndələrinə açıqlamasında deyib.
E. Hüseynov qeyd edib ki, bu gün Xocavənd Şəhər Günüdür: "Bildiyiniz kimi ki, 3 il əvvvəl lokal antiterror nəticəsində, bir sutkadan da az müddətdə bizim o vaxt işğal altında olan yaşayış məntəqələri, o cümlədən də Xocavənd rayonunun böyük hissəsi və Xocavənd şəhəri işğaldan azad olundu. Bu il ilk dəfədir, burda şəhər günü qeyd olunur. Çünki, bir il bundan qabaq Xocavənd şəhərinə və rayonun digər yaşayış məntəqələrinə Böyük Qayıdış prosesi baş verib.
Köçürülmə prosesi davamlı şəkildə həyata keçirilir. Artıq bu günə Xocavənd rayonunda 4 min 5 yüz nəfərə yaxın əhali məskunlaşıb. Bu, təxminən 1 083 ailə deməkdir. Cəmi 1 il ərzində 8 yaşayış məntəqəsində insanlar öz doğma dədə-baba torpaqlarına qayıdıblar".
E. Hüseynov bu günkü qürur dolu anların tarixə yazılmasında böyük əməyin sərf olunduğunu qeyd edib: "Bu gözəl günləri bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfalar diləyirik. Rəşadətli Ordumuza, o cümlədən Müzəffər Ali Baş Komandanımıza təşəkkür edirik ki, belə xoşbəxt günləri xalqımıza yaşadır. Bu gün burada böyük izdiham var, sakinlərimiz öz övladlarıyla Xocavənd şəhərinin mərkəzi parkına çıxırlar. Bu gündə həm şəhərimizin sakinləri, həm şəhərimizin qonaqları burda çox gözəl bayram tədbirində iştirak edirlər. Bu münasibətlə hər birinizi təbrik edirəm".
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir





























.jpg)


