Qarabağ
Ağdamda 4 yaşayış məntəqəsinin təhvil veriləcək
İlin sonuna qədər Ağdamda 4 yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir.
Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov media nümayəndələrinə açıqlaması zamanı səsləndirib.
E. Hüseynov Ağdam və Füzuli rayonlarında görülən işlərlə də bağlı məlumat verib: "Böyük Qayıdış Birinci Dövlət proqramı çərçivəsində digər işğaldan azad olunmuş ərazilər kimi, Ağdam, Füzuli və Xocavənd rayonlarında da işlər qrafikə uyğun olaraq, həyata keçirilməkdədir. Hazırda Ağdam rayonunda Ağdam şəhəri və 2 kənd olmaqla quruculuq işləri davam edir. Dördüncü və beşinci yaşayış kompleksləri, Eyvazxanbəyli, Baş Qərvənd kəndləri bərpa olunur. Bu dörd yaşayış məntəqəsinin ilin sonuna kimi, təhvil verilməsi nəzərdə tutulur.
Bu, ümumilikdə Ağdam şəhərində 8 min nəfərin qayıdışı deməkdir. Eləcə də Eyvazxanbəyli və Baş Qərvənd kəndlərində də müvafiq olaraq 427 və 851 ailənin öz kəndlərinə ilk mərhələdə qayıdışı deməkdir.
E. Hüseynov Füzuli rayonunda da 2 kənddə görülən işlər barədə də danışıb: "Paralel olaraq Füzuli rayonunda da 2 kənd bərpa olunmaqdadır. İkinci Ağıllı kənd olan Dövlətyarlı kəndi 450 ailənin yaşayışı üçün, kəndin bərpası davam edir. Eyni zamanda da Pirəhmədli kəndində 146 ailənin birinci mərhələdə köçü üçün, bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Bizim məqsədimiz odur ki, bu 2 kənddə də tikinti-bərpa işlərini yekunlaşdıraq".
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir































.jpg)


