Qarabağ
Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
Sentyabrın 20-də Xankəndi şəhərində Xankəndi, Xocalı və Ağdərə günləri münasibətilə konsert proqramı keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Xankəndi, Xocalı və Ağdərəyə dair hazırlanmış videoçarxı izləyiblər. Sonra tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı başlayıb.
Konsertdə Azərbaycanın Xalq artistləri və tanınmış müğənniləri səhnə alaraq, seçilmiş musiqi nümunələrini ifa ediblər. Mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, Xankəndi, Xocalı və Ağdərə günləri ilə bağlı keçirilən tədbirlər həmin ərazilərin tarixi-mədəni irsinin, milli dəyərlərinin və müasir inkişafının diqqətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Konsert atəşfəşanlıqla başa çatacaq.
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar













.jpg)




.webp)



















