Qarabağ
Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
Azərbaycanın qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb.
Publika.az xəbər verir ki, dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, şəhər sakinləri, eləcə də ölkənin müxtəlif bölgələrindən gələn vətəndaşlar Hərbi Memorial Məzarlığı ziyarət edirlər.
Ziyarətçilər şəhidlərin məzarları önünə əklillər qoyur və onların xatirəsini yad edirlər.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu zonada törətdiyi növbəti irimiqyaslı təxribatların, hərbi aktivliyin qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə rəşadətli Azərbaycan Ordusu əks-həmlə əməliyyatına start verib.
Ordumuzun mövqelərinə və yaşayış məntəqələrinə endirilən düşmən zərbələrinə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan bu əks-hücum sonradan "Dəmir yumruq" adını alaraq Zəfərlə yekunlaşan Vətən müharibəsinə çevrilib.
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika23 Noyabr 14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
















.jpg)







.jpg)











