Qarabağ
Xocalıda Şəhidlər xiyabanı ziyarət olundu
27 Sentyabr - Anım Günündə Xocalı şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Anım Günü ilə əlaqədar Xidmətin və Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları Şəhidlər xiyabanına gələrək, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların ruhuna dualar oxunub.
Qeyd olunub ki, Azərbaycan xalqı Vətən müharibəsində və digər döyüşlərdə şəhid olan qəhrəman övladlarının xatirəsini daim uca tutur. Şəhidlərin göstərdiyi qəhrəmanlıq və fədakarlıq Azərbaycanın tarixinə əbədi həkk olunub. Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla anılacaq.
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq





































