Aynur Camalqızı: “Bu mövzuda filmlər çəkilməlidir” – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Aynur Camalqızı: “Bu mövzuda filmlər çəkilməlidir” – FOTOLAR

Bu gün yazıçı-publisist Yunus Oğuzun 55 illik yubileyi ilə əlaqədar çap edilən 5 kitabın təqdimatı keçirilib.

Axar.az xəbər verir ki, Y.Oğuzun Azərbaycan dilində çap olunmuş "Sultan Alp Arslan", "Pyeslər - Attila, Altun dəftər, Nadir şah" kitabları, rus dilində çap olunmuş "Attila", “Şah arvadı və çadugər", eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olan, alim Sabir Bəşirovun Yunus Oğuzun yaradıçılığı ilə bağlı yazdığı "Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti" (Azərbaycan dilində) adlı kutabları artıq oxucuların istifadəsinə verilib.

Təqdimat mırasimində çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün tarixi faktlatın işıqlandırılması baxımından tarixi romanların yazılmasına böyük ehtiyac var. Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da kitaba olan maraq azdır. Deputat hesab edir ki, belə kitabların nəşri Azərbaycanda kitaba olan marağın artmasına səbəb ola bilər. Y.Oğuzun yaradıcılığının çoxşaxəli və məhsuldar olduğunu vurğulayan Q.Paşayeva bildirib ki, müəllif əsərlərində olduqca vacib məsələlərə toxunur. Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, bu tarixi əsərlər gələcəyə öz töhfəsini verəcək.

Onun sözlərinə görə, tarixin bəzi məqamlarının öyrənilməsində bu kitablar mühüm əhəmiyyət daşıyır. Y.Oğuzun yaradıcılığını yüksək dəyərləndirən M.Qasımlı hesab edir ki, yeni kitablar gənclərimizin tarixi daha dərindən öyrənməsinə imkan yaradacaq. Bakı Dövlət Universitetinin professoru Şamil Vəliyev çıxışında yeni kitabların əhəmiyyətindən danışıb. O, bu əsərlərin dilinin də çox sadə olduğunu söyləyib:

"Tarixi roman yazılanda həm epopeya, həm də fəlsəfəçilik nəzərə alınmalıdır. Bu əsərlərdə bunlar nəzərə alınıb".

Professor Firudin Cəlilov isə deyib ki, o, ənənəsinə sadiq qalan Y.Oğuzun əsərlərində tarixə və tarixi şəxsiyyətlərin həyatına işıq saldığını söyləyib. F.Cəlilov Y.Oğuzun yeni kitablarının stolüstü kitablar olacağına əminliyini bildirib:

"Əgər yazıçıya tələbat varsa, o, əsərlər ortaya qoyur. O kitablar qiymətli olur ki, həmin kitablar stolüstü kitablar olur. Bu baxımdan Y.Oğuzu yalnız təbrik etmək olar".

Tədbirdə çıxış edən digər natiqlər də yeni kitabların tariximizə işıq saldığını söyləyiblər. Natiqlər qeyd ediblər ki, Y.Oğuzun əsərləri bədii strukturunun və kompozisiyasının özünəməxsusluğu ilə fərqlənir. Natiqlər müəllifin müxtəlif illərdə yazdığı bu əsərlərin daha çox oxucu tərəfindən oxunacağına, oxucu auditoriyasında maraqla qarşılaşacağına əminliklərini bildiriblər.

“Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı da çıxışında bu gün tarixi romanların yazılmasını təqdirəlayiq hal hesab etdiyini bildirib. O qeyd edib ki, bu cür mövzuların ssenariləşdirilməsi və ekranlara gətirilməsi gəncliyin vətənpərvər ruhda böyüməsinə və intellektinə müsbət təsir edə bilər, nəinki heç bir məna və sosial-siyasi-tarixi əhəmiyyət kəsb etməyən seriallar. Türkiyənin “Möhtəşəm yüz il” serialını xatırladan A. Camalqızı bu filmlə bağlı birmənalı fikrin olmamasına rəğmən, serialın Türkiyə tarixinin bir parçasını gündəmə gətirdiyini vurğulayıb:

“Bu mövzuda serialların çəkilməsi tarixi gerçəklərin üzə çıxması üçün müzakirələrin aparılmasına və milli qürurun gəncliyin yaddaşına yazılmasına böyük töhfə verir. Hesab edirəm ki, ziyalılar tarixi mövzuda əsərlərin ssenariləşdirilməsi və filmlərin çəkilməsini gənclərin formalaşması istiqamətində əhəmiyyətli addım kimi öz çiyinlərinə götürməlidirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm