Qırmızı.az
Nazir: “Heç kimin haqqı yeyilmir”
“Azərbaycanda sosial müavinət alanların sayı 20 faiz azalıb. Amma azalma hər hansı vəsaitin kəsilməsinə dəlalət etmir”.
Publika.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, kimlərinsə haqqı yeyilmir, əksinə bir ailəyə düşən vəsaitin həcmi artaraq 150 manat olub: “Bir ildən çoxdur ki, inzibati yollarla bu məsələdə şəffaflığa nail olmağa çalışırıq. Təbii ki, inzibati yol əsas yol deyil. Artıq cənab prezidentin imzaladığı fərman var. Nazirlikdə bu sahədə xüsusi alt sistem formalaşdırılacaq. Məğzi də bundan ibarətdir ki, ünvanlı sosial yardıma ehtiyacı olan ailə bir üzvünü müəyyənləşdirəcək. Bunun nəticəsində həmin üzvə vəkalətnamə veriləcək. Vəkalətnamənin üstündə xüsusi nömrə olacaq. Həmin nömrə ilə vəkalət alan üzv istənilən internet bağlantısı olan nöqtədə nazirliyin saytına daxil olmaqla xüsusi bölməyə tıklayacaq. Həmin bölmədə vəkalətnamənin barkodu və nömrəsi istəniləcək. Tələb olunanlar icra edilən kimi sistem açılacaq. Dərhal ailə üzvlərinə məxsus məlumatları orada görüləcək”.
Nazir qeyd edib ki, ƏƏSMN Ədliyyə Nazirliyi ilə həmin bazanı birləşdirib. 15 gün ərzində bizim nazirlik digər orqanların məlumat resurslarından istifadə etməklə ailəyə ayrılan sosial yardımın məbləği barədə şəxsə sms göndərəcək.
Gülnar Əliyeva
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi