Qırmızı.az
Millət vəkili müəllimlərlə görüşüb
Millət vəkili Qənirə Paşayeva və Türk Dünyası Qəzeteçiler Birliyi Başqanı Güngör Yavuzaslan Ramazan bayramında Tovuz rayonunun böyük kəndlərindən Qədirli və Cilovdarlının müəllimləri ilə görüşüblər.
Publika.az xəbər verir ki, ramazanın bir mənəvi təmizlənmə, yardımlaşma ayı olduğunu vurğulayaraq müəllimlərə Allahdan bütün dualarına çatmalarını diləyən millət vəkili Q.Paşayeva gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb.
Məktəbin direktoru Arif Quliyev çıxış edərək diqqət üçün təşəkkürünü bildirib və kənddə bu il tələbə adını qazanacaq gənclərin sayının ötən illə müqayisədə daha da artacağına inandığını deyib. Məktəb direktoru məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə də məlumat verib. Müəllimlərin fikir və qayğılarını dinləyib fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bu ilin qəbul göstəricilərinin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib.
Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər.
Türk Dünyası Qəzeteçiler Birliyi Başqanı Güngör Yavuzaslan çıxışında Azərbaycan və Türkiyənin bir millət və iki dövlət olduğunu deyib. Güngör Yavuzaslan inşallah bu cür tədbirləri Azərbaycan və Türkiyə olaraq birlikdə işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda və digər o gözəl torpaqlarımızda da keçirək deyib və Azərbaycan-Türkiyə münasibətlətinin bu günü və gələcəyindən, KİV və gənclərin ortaq həqiqətlərimizin yayılmasındakı rolu barədə geniş çıxış edib.
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO