Nəhayət, dənizə gedəcəyik: hava bir qədər də istiləşəcək - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

Nəhayət, dənizə gedəcəyik: hava bir qədər də istiləşəcək - PROQNOZ

Azərbaycan ərazisində havaların daha da isti keçəcəyi, temperaturun yüksələcəyi gözlənilir.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevə istinadən məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

A.Verdiyev deyib ki, iyulun 25-26-da Bakıda və Abşeron yarımadasında havanın temperaturu 30-36 dərəcə arasında dəyişəcək. İyulun 27-də isə temperaturun 31-36 dərəcə olacağı gözlənilir. Lakin iyulun 27-dən sonra ölkə ərazisində daha yüksək temperaturlar qeydə alınacaq.

Azərbaycanda həmin günlərdə daha yüksək temperaturun - 40 dərəcə istinin Aran rayonları və Naxcıvan Muxtar Respublikasında müşahidə ediləcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm