Qırmızı.az
"Tağı Əhmədov istirahət edir” – Həyat yoldaşı
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədli martın 11-də metro keçidlərində ticarət köşklərinin yığışdırılacağı haqda məlumatlara və həmin keçidlərdə ticarətlə məşğul olan şəxslərin keçirdiyi aksiyaya qısa münasibət bildirib.
S.Əhmədli Publika.Az-a açıqlamasında sözügedən aksiya barədə danışmaq istəmədiyini söyləyib: “Mən bu barədə heç bir söz deyə bilmərəm, heç bir məlumatım yoxdur”.
Həyat yoldaşı Tağı Əhmədovun fəaliyyətinə də toxunan S.Əhmədli deyib: “Tağı Əhmədov hazırda məzuniyyətdədir, o metroda deyil. İşə 2 aydan sonra çıxacaq. Hazırda Tağı Əhmədov istirahət edir, özü də, səhhəti də yaxşıdır”.
Xatırladaq ki, bəzi KİV-lərdə sökülən obyektlərin Tağı Əhəmədova yaxın şəxslərə məxsus olduğu iddia edilmişdi.
Vasif Həsənli
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi