Qırmızı.az
Nazir cəbhə bölgəsində müşavirə keçirdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığının yoxlamalarının nəticələrinə həsr olunan toplantılar keçirib.
Publika.az xəbər verir ki, Müdafiə Nazirliyinin
rəhbərliyi əvvəlcə hərbi hissənin ərazisində ucaldılan Ulu Öndər
Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun xatirəsini
hörmət və ehtiramla yad ediblər.
Cəbhə bölgəsində yerləşən hərbi hissə komandirlərinin, qərargah
rəislərinin və digər məsul zabitlərin iştirakı ilə keçirilən
toplantılarda hazırkı əməliyyat şəraiti, döyüş hazırlığının
vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra
digər xidməti məsələlərlə bağlı Müdafiə nazirinə məruzələr
edilib.
Sonda Müdafiə naziri real vəziyyət nəzərə alınmaqla döyüş və praktiki hazırlığa diqqətin artırılması, döyüş növbətçiliyində sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının dəqiq, vaxtında və müxtəlif hava şəraitində yerinə yetirilməsi, o cümlədən bölmələrin və döyüş texnikasının döyüşə hazır vəziyyətə gətirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri başa çatıb.
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO