Qırmızı.az
Gənc əsgərlər and içdilər

Gəncədəki “N” saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Publika.az xəbər verir ki, şəxsi heyətin, müharibə və əmək veteranlarının, əsgər valideynlərinin iştirakı ilə keçirilən mərasimin əvvəlində təntənəli marş sədaları altında meydana hərbi hissənin bayrağı gətirilib. Gənc əsgərlər Vətənə sədaqət andı içdikdən sonra söz valideynlərə verilib.
Əsgər anası Könül Cəfərova əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənin keşiyində ayıq-sayıq dayanmağı arzulayıb. O, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və hazırda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti nəticəsində qazanılan uğurlardan da danışıb.
Gənc əsgərlər adından çıxış edən Həsən Nağıyev Vətəni göz bəbəyi kimi qoruyacaqlarını, komandirlərin əmr və tapşırıqlarına sözsüz əməl edəcəklərini bildirib.
Sonra əsgərlər hərbi orkestrin marş sədaları altında tribuna önündən keçiblər. Daha sonra hərbi hissənin kəşfiyyat bölümünün nümunəvi çıxışları olub.

-
Qoroskop00:15
Günün ULDUZ FALI: çətinliklər yarana bilər
-
Qarabağ 00:00
Erməni ordusunun qalıqları Xocalıdan çıxarılır - VİDEO
-
Sosial13 Avqust 23:00
Bakıda AĞIR QƏZA: "Cəsur döyüşçü" həyatını itirdi - FOTO
-
Sosial13 Avqust 22:49
"Çort poberi": Biz Bakıdayıq... - Paytaxtdan XÜSUSİ REPORTAJ
-
Dünya13 Avqust 21:49
Pakistanda təbii fəlakət CAN ALIR: ölüm sayı 182-yə yüksəldi
-
ABŞ13 Avqust 20:31
Salman Rüşdini bıçaqlayan şəxs HƏBS EDİLDİ
-
Dünya13 Avqust 19:24
Asiyada GƏRGİNLİK: 13 Çin təyyarəsi Tayvan boğazından keçdi
-
Hadisə13 Avqust 19:00
Üçüncü kurs tələbəsi faciəli şəkildə həyatını itirdi