Qırmızı.az
59 azərbaycanlı tələbə...
Təhsil Nazirliyində Macarıstan və Çin Xalq Respublikasında təhsil almaq üçün seçilmiş tələbələrlə görüş keçirilib.
Publika.az xəbər verir ki, görüş zamanı təhsil
nazirinin müavini Firudin Qurbanov tələbələrin təhsildə əldə
etdikləri nailiyyətlərin ölkəmizin dinamik inkişaf prosesinə
əhəmiyyətli təsir göstərəcəyinə əminliyindən danışıb.
Qeyd edək ki, tələbələr Macarıstan və Çində bu ölkələrin
ayırdıqları təqaüdlər hesabına təhsil alacaq. Xatırladaq ki,
Azərbaycan Respublikası Prezidentinin 2014-cü ilin noyabr ayında
Macarıstana rəsmi səfəri çərçivəsində Azərbaycanın Təhsil Nazirliyi
və Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci
illər üzrə İş Proqramı imzalanıb. Proqrama uyğun olaraq Macarıstan
tərəfi birtərəfli qaydada Azərbaycan vətəndaşlarına Macarıstan ali
təhsil müəssisələrində təhsil almaları üçün təqaüdlər ayırır.
Proqram şərtlərinə görə, Macarıstan tərəfi təqaüd hesabına təhsil
alacaq tələbələri ödənişsiz təhsil, universitet yataqxanasında
yaşayış, tibbi sığorta və aylıq təqaüdlə təmin edir.
Beləliklə 2015/2016-cı tədris ilində Macarıstanda bu ölkənin
büdcəsi hesabına təhsil alacaq tələbələrin seçimi keçirilib,
bununla da 51 nəfər Azərbaycan vətəndaşı Macarıstanın “Debrecen
University”, “Budapest Business School”, “Corvinus University of
Budapest” kimi ali təhsil müəssisələrində insan resurslarının
idarəolunması, kompüter elmləri, biznesin idarəolunması, turizm,
kimya mühəndisliyi, iqtisadiyyat və s. ixtisas istiqamətləri üzrə
təhsil almaq hüququ qazanıblar. Bunlardan 18 nəfəri bakalavriat, 28
nəfəri magistratura, 5 nəfəri doktorantura təhsil səviyyələri üzrə
təhsil alacaqlar.
Bu il Təhsil Nazirliyi tərəfindən həmçinin Azərbaycan Respublikası
və Çin Xalq Respublikası arasında 13 iyul 2012-ci il tarixində
imzalanmış “Təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun
olaraq ÇXR ali təhsil müəssisələrində 2015/2016-cı tədris ilində
təhsil alacaq tələbələrin seçimi aparılıb, yekun yerləşdirmələr
nəticəsində 8 nəfər namizəd “Huazhong University of
Science&Technology”, “China Medical University” kimi ali təhsil
müəssisələrində çin dili, biologiya, tibb ixtisas istiqamətləri
üzrə təhsil almaq hüququ qazanıblar. Onlar ÇXR ali təhsil
müəssisələrində bakalavriat, magistratura, doktorantura təhsil
səviyyələri üzrə təhsil alacaqlar.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO