Qırmızı.az
Məktəblilər arasında kimya olimpiadası təşkil ediləcək
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Təhsil Nazirliyi ilə birgə Bakı və Sumqayıt məktəblilərinin kimya olimpiadasını keçirəcək.
Bu barədə Publika.Az-a AMEA-nın mətbuat xidmətindən məlumat verilib Olimpiada 2015-ci ildə məktəblilərin Kimya üzrə Dünya Olimpiadasının Azərbaycanda keçirilməsi ilə əlaqədar təşkil olunur. Bu barədə qərar Rəyasət Heyətinin iclasında qəbul olunub. Burada məqsəd məktəblilərin peşə seçimində qabiliyyətlərini stimullaşdırmaq, yaradıcılıq keyfiyyətlərini üzə çıxarmaq, intellektual inkişafını və professionalının səmərəli istiqamətləndirilməsini təmin etməkdir.
Bu il martın 29-da Akademik
Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda
keçirilməsi nəzərdə tutulan olimpiadada Təhsil Nazirliyinin IX-X
sinif şagirdləri üçün keçirmiş olduğu test imtahanlarında kifayət
qədər bal toplamış şagirdlər iştirak edəcəklər. Olimpiadanın xüsusi
test bankları, onlardan istifadə və cavabları qiymətləndirmə
proqramı münsiflər heyəti tərəfindən hazırlanacaq.
İclasda olimpiadanın əsasnaməsi də
təsdiq edilmişdir. Sənədə görə, qaliblər AMEA-nın Fəxri fərmanı və
hədiyyələri ilə mükafatlandırılacaqlar. Ən yüksək bal toplayan 10
nəfərdən ibarət komanda Neft-Kimya Prosesləri İnstitutunun
bazasında Kimya üzrə Dünya Olimpiadası üçün hazırlıq proseslərinə
cəlb ediləcək.
Publika.Az
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?