Qırmızı.az
Seysmoloji Xidmət: “Avtoşoklar gözləniləndir, vahiməyə düşməyin”
Bu gün səhər saatlarında ölkə ərazisində baş verən zəlzələ daha çox Şəki və Şamaxıda hiss olunub.
Bu barədə Publika.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Hüseynova məlumat verib.
“Zəlzələ baş verən andan saytımıza daim məlumatlar yerləşdirilir. Yerlərdən verilən məlumata görə, zəlzələ Mingəçevir, Qəbələdə, Ağdaşda, İsmayıllıda, Naftalanda da hiss olunub. Hazırda rayonlar üzrə dəqiqləşmə aparılır. Güclü zəlzələdən sonra avtoşoklar olur. Belə avtoşoklar gözləniləndir, əhali vahiməyə düşməsin. Hazırda Monitorinq Mərkəzində məlumatlar işlənir”.
Mərkəz bu gün episentri Şəki rayonu ərazisində olan və əksər ətraf rayonlarda hiss olunan zəlzələ ilə bağlı məlumatları yayarkən ehtiyatlı olmağı məsləhət görüb.
“Jurnalistlərdən və KİV-lərdən xahiş edirik xəbər yayarkən
mərkəzin www.seismology.az rəsmi internet saytında yenilənən
məlumatlara istinad etməyi tövsiyə edirik. Hər birinizdən xahiş
edirik ki, dəqiqləşməmiş, qeyri-rəsmi informasiyalarin yayılmasına
yol verməyəsiniz. Nəzərə almaq lazımdır ki, bu cür məlumatların
yayılması insanlar arasında yersiz narahatçılıq, qorxu və təşviş
yaradır. Vətəndaşlarımız arasında xəstə, qoca insanlar, hamilə
qadınlar və azyaşlı uşaqlar var. Respublika Seysmoloji Xidmət
Mərkəzi olaraq bütün suallarınızı bizə ünvanlaya
bilərsiniz”.
Gülxar
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı