Qırmızı.az
Gömrük Komitəsinin nəzdində Kinoloji Təlim Mərkəzi yaradıldı - FOTO
“Azərbaycan Dövlət Gömrük Komitəsinin nəzdində Kinoloji Təlim Mərkəzinə beynəlxalq status veriləcək. Azərbaycan ilk və yeganə ölkə olacaq ki, regionda bu yönümlü təlim mərkəzi statusu ilə fəaliyyət göstərəcək”.
Publika.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ilə görüşündə bildirib.
Komitə sədrinin sözlərinə görə, sabah Bakıda PİKARD konfransı öz işinə başlayacaq. Artıq 200-dən artıq nümayəndə qeydiyyatdan keçib. Builki yubiley konfransında 40-dan artıq ölkədən nümayəndə gələck.
Aydın Əliyev ötən ildən etibarən Azərbayanda Gömrük Akademiyasına tələbə qəbuluna başlandığını da vurğulayıb. Bu ildən isə tələbə şəhərciyi inşa ediləcək. Komitə sədri burada hazırlanan kadrların ümumilikdə gömük sistemi üçün faydalı olacağını deyib.
Hazırda Azərbaycan gömrüyü üzərinə böyük məsuliyyət düşdüyünü deyən Aydın Əliyev fəaliyyəti əsasən iki istiqamətdə qurduqlarını açıqlayıb: “Hazırda işimizin əsasını büdcə ödənişlərini vaxtında yerinə yetirmək və ölkənin təhlükəsizliyini qorumaq təşkil edir”.
Kineloji mərkəz barədə məlumat verən Aydın Əliyev Azərbayanda təlim keçmiş itlərin Türkiyə, Makekoniya, Kongo, Toqo, Gürüstan və digər ölkələrə hədiyyə edildiyini deyib: “Bu gün isə Toqo gömrük nümayəndələrinin xahişi ilə 2 təlim keçmiş it onlara hədiyyə ediləcək”.
Qeyd edək ki, bu gün imzalanan sənədlə İtlərin səkkizinci Beynəlxalq statuslu Təlim Mərkəzi yaradılacaq.
Tədbirin sonunda Anlaşma memorandumu imzalanıb. Memorandumu Azərbayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikurio imzalayıblar.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR