Qırmızı.az
"Diqqət, uşaqlar!" - Təhlükəsizlik aylığı başlayır
Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın
10-dan oktyabrın 10-dək respublika ərazisində "Diqqət, uşaqlar!"
adı altında hərəkətin təhlükəsizliyi aylığı
keçiriləcək.
Publika.az-a daxil olan məlumata görə, tədbirin
keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə
yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində
profilaktik tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil
məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin
aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə
dövlət yol polisinin köməyinin artırılmasıdır.
DİN rəhbərliyinin göstərişinə əsasən, uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılaraq onların başvermə səbəblərinin və şəraitlərinin aradan qaldırılması üzrə konkret profilaktik tədbirlərin görülməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması, yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin çəkilməsi və s. tədbirlər həyata keçiriləcək.
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ