Qırmızı.az
Əmək Müfəttişliyinə yeni rəis təyin edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin
olunub.
Publika.az-a bu barədə Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman
Babayev məlumat verib.
Bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq
Əmrinə əsasən, Əlizadə Fuad Rəhim oğlu Nazirlik yanında Dövlət Əmək
Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.
F.Əlizadə 26 mart 1980-cı ildə anadan olub. Azərbaycan Dillər
Universitetinin Filologiya (ingilis dili) fakültəsini, Naxçıvan
Dövlət Universitetinin Pedaqogika nəzəriyyəsi və tarixi
fakültəsini, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və
kredit fakültəsini bitirib. 2000-2001-ci illərdə hərbi xidmətdə
olub.
2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti
Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində
referent, böyük məsləhətçi vəzifələrində, 2005-ci ilin aprel-iyun
aylarında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun
Aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsində
böyük məsləhətçi, 2005-2013-cü illərdə Fondun Bakı şəhəri üzrə
hüquqi şəxslərlə iş departamentində audit sektorunun müdiri
vəzifələrində işləyib. 14.11.2013-cü il tarixdən bu vaxtadək
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini
vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il
tarixli 2478 saylı Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə
görə” medalı ilə təltif edilib.
Rus və ingilis dillərində sərbəst danışır.
Evlidir, 2 övladı var.
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...