Qırmızı.az
“Azəriqaz”dan millət vəkilinin ittihamlarına cavab
“Regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2014-2018-ci illər dövlət proqramı təsdiq edilib. Bu proqram çərçivəsində nəzərdə tutulan yaşayış məntəqələri qazlandırılacaq. Şəkinin kəndlərini də həmin proqrama daxildir”.
Bu sözləri Publika.Az-a açıqlamasında “Azəriqaz”ASC-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev deyib.
O, millət vəkili Əli Məsimlinin bu gün Milli Məclisdə Şəki kəndlərinin qazlaşdırılmasının gecikməsi, “Azəriqaz”-ın verdiyi sözə əməl etməməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
Qurum rəsmisi bütün işlərin dövlət proqramına əsasən aparıldığını bildirdi:
“Bizdə bütün işlər dövlət proqramına əsasən, həyata keçirilir, proqramda nə nəzərdə tutulubsa, həmin ərazilər də qazlaşdırılıb. Ötən il Şəkinin neçə kəndinin qazlaşdırılmasını deyə bilmərəm. Ümumi ölkə üzrə isə 217 yaşayış məntəqəsi qazlaşdırılıb”.
Xatırladaq ki, "“Azəriqaz” söz verib ki, Şəkinin 50 kəndi qazlaşdırılacaq. Amma bunun cəmi 6 faizi yerinə yetirilib. Bu gün Şəkinin qazalaşdırılması Azərbaycanın qazlaşdırılmasından 3, ümumi kəndlərə nisbətən isə 5 dəfə aşağıdır. Nə üçün “Azəriqaz” verdiyi sözə əməl etmir? Mən bilmək istəyirəm ki, vəsait ayrılıb, yerinə yetirilməyib, yoxsa vəsait ümumiyyətlə ayrılmayıb” - deyə, millət vəkili Milli Məclisdəki çıxışında bildirib.
Gülxar
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO