Əli bəy Hüseynzadənin məzarı təmir olunur
Bizi izləyin

Qırmızı.az

Əli bəy Hüseynzadənin məzarı təmir olunur

Əli bəy Hüseynzadənin məzarı təmir olunur

Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr vermiş görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin Türkiyədə 150 illiyinin qeyd edilməsi və xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu bir sıra tədbirlərin həyata keçirilməsini davam etdirir.

Baş Konsulluqdan Publika.Az-a verilən xəbərə görə, cari ilin fevral ayında Baş Konsul Həsən Zeynalov Əli bəy Hüseynzadənin İstanbulda yaşayan qızı Feyzavər Alpsarla görüşərək Azərbaycanın şərəfli oğullarından biri olan Əli bəy Hüseynzadənin 150 illik yubileyinin qeyd edilməsi barədə Prezidentinn sərəncam verdiyini bildirib, respublikamızda və ölkə hüdudlarından kənarda bu məqsədlə yubiley tədbirlərinin təşkil ediləcəyini qeyd edib.

Hazırda, Əli bəy Hüseynzadənin məzarının abadlaşdırılması və ətrafının genişləndirilməsi istiqamətində Baş Konsulluq tərəfindən aidiyyəti qurumlarla danışıqlar aparılır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm