Dövlət Baytarlıq Nəzarəti Xidməti Qurban bayramı ilə bağlı reydlər keçirib
Bizi izləyin

Qırmızı.az

Dövlət Baytarlıq Nəzarəti Xidməti Qurban bayramı ilə bağlı reydlər keçirib

Qurban bayramı günlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində çalışır.

DBNX mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bayram günlərində Dövlət Baytarlıq Nəzarəti Xidməti nümayəndələri heyvanların satışı və kəsimi yerlərində baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasına nəzarəti yüksək səviyyədə həyata keçirirlər.

Lakin bayram günləri Bakıda ayrı-ayrı vətəndaşlar tərəfindən icazə verilməmiş bəzi yerlərdə qanunsuz heyvan kəsimləri aparılıb və baytarlıq-sanitariya qaydaları pozulub. Belə halların qarşısını almaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən qruplar yaradılaraq Bakı Şəhər Baytarlıq İdarəsi ilə birlikdə sentyabrın 25-dən reydlərə start verilib.

Reyd zamanı icazə verilməmiş yerlərdə qanunsuz heyvan kəsiminin qarşısı alınıb və baytarlıq-sanitariya qaydalarını pozan ayrı-ayrı şəxslər haqqında ciddi inzibatı tədbirlər görülüb. Eləcə də qanun pozuntularının qarşısı alınıb, heyvan satışı və kəsimi yerlərində dezinfeksiya işləri həyata keçirilib. Növbəti günlərdə də reydlər davam etdiriləcək, qanunsuz kəsimlə məşğul olan, baytarlıq-sanitariya qaydalarını pozan şəxslər haqqında ciddi inzibati tədbirlər, cərimə sanksiyaları tətbiq olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm