Qırmızı.az
Baş prokuror: “Rasim Əliyevin qətli ilə bağlı istintaq yekunlaşır”
“Jurnalist Rasim Əliyevin qətlinin siyasiləşdirilməsi yolverilməzdir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib. Baş prokurorun sözlərinə görə, hadisədən dərhal sonra ölkə başçısı bu barədə məlumatlandırılıb: “Dərhal Daxili İşlər və Prokurorluq orqanlarının əməkdaşlarından ibarət əməliyyat qrupu yaradıldı, həyata keçirilən tədbirlər nəticəsində bir gün ərzində cinayəti törətməkdə şübhəli bilinən şəxslərin hamısı həbs edildi. Bu iş üzrə ibtidai istintaq yekunlaşmaq üzrədir. Cinayət işinin materialları yaxın günlərdə baxılması üçün məhkəməyə göndəriləcək”.
Baş prokuror əlavə edib ki, dünyanın bir çox ölkəsində jurnalistlərə qarşı belə cinayət törədilir. “Biz belə hadisələri qəti şəkildə pisləyirik. Belə hadisələr bizim cəmiyyətimizə xas olan hal deyil. Sərhədsiz Reportyorlar Təşkilatının məlumatına görə, dünyada ötən il 61, bu ilin 9 ayında isə 41 jurnalist qətlə yetirilib. Belə çıxır ki, hər ölkədə qətlə yetirilən jurnalistlə bağlı Avropa Parlamenti bəyanat verməlidir? Qurumun Azərbaycanda jurnalistin ölümü ilə bağlı bəyanatı qərəzlidir. Biz İnsan Haqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlıq edirik. Azərbaycanda hər bir cinayət hadisəsi hüquqi şəkildə qiymət alır. Heç kim Azərbaycanın daxili işinə qarışa bilməz, o cümlədən Avropa Parlamenti. Azərbaycanda məhkəmə sistemi müstəqildir”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR