Qırmızı.az
Payız özünü göstərir, leysan olacaq
Bu gün axşamdan başlayaraq ölkə ərazisində hava şəraiti dəyişir, temperatur enəcək, bəzi yerlərdə leysan yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağma ehtimalı var. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19, gündüz 23-27 dərəcə isti olacaq.
Oktyabrın 3-5-də Abşeron yaraımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.
Azərbaycanın rayonlarında oktaybrın 3-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əcəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq. Oktaybrın 2-i axşamdan oktyabrın 6-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR