Qırmızı.az
Geomaqnit qasırğasının gücü maksimum həddə çatdı – METEOHƏSSAS İNSANLARA XƏBƏRDARLIQ
Oktyabrın 6-dan Günəşdə baş verən partlayışlar səbəbindən yaranan geomaqnit qasırğa dünən gecə ən pik həddə çatıb. Hazırda da maqnit qasırğası davam edir.
Bu barədə Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov deyib.
Onun sözlərinə görə, hazırda geomaqnit qasırğası orta gücdədir, başlanğıcda da zəif olub. Lakin oktyabrın 7-dən 8-nə keçən gecə gücü maksimum həddə çatıb: “Ən güclü qasırğa G5 hesab edilir. Bu gücün səviyyəsi isə G3 olub. NASA-nın məlumatına görə, hələ də qasırğa davam edir. İlkin müşahidələr zamanı geomaqnit qasırğanın bu qədər güclü olmasını təxmin etmirdik. Bunu müəyyən etmək çətindir. Çünki Günəşdən atılan plazmalar 150 milyon kilometr sonra Yerə gəlib çata bilir. Plazmanın kütləsi səpilə, dağıla bilər, kosmik fəzada forması dəyişə, yaxud maqnit sahəsi boyunca kiçilib zərbə dalğasına çevrilə bilər. Bundan başqa, maqnit sahəsinin istiqaməti dəyişə bilir. Radioal komponentin istiqaməti Yerə tərəfdirsə, o, Yer atmosferinə daxil olur. Əksinə olanda Yer müdafiə olunur. Bunun da proqnozunu verə bilmirik”.
N.Cəlilov bildirib ki, bu dəfə baş verən geomaqnit qasırğa Yerin süni peykinə təsir etməyib, cihazlar da bu dəyişikliyi hiss etməyib. Lakin meteohəssas insanların bu dəyişikliyi hiss etməsi istisna edilmir.
Geomaqnit qasırğanın davam etməsinə gəldikdə, N.Cəlilov bunun istisna edilmədiyini dedi: “Çox nadir hallarda bu cür hadisələr iki gün davam edir. Hər dəfə 3-4 saat ərzində başa çatırdı. Lakin bu dəfə bu cür hal müşahidə edildi. Onun nə qədər davam edəcəyini demək çətindir. Davam etsə də, gücü zəif olacaq”.
Gülxar
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi