20 mindən artıq əcnəbi Azərbaycan qanunvericiliyini pozub
Bizi izləyin

Qırmızı.az

20 mindən artıq əcnəbi Azərbaycan qanunvericiliyini pozub

Bu ilin 9 ayı ərzində 20589 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə etibarsız sənədlərlə yaşama hallarına görə inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev xidmətin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə bildirib.

O qeyd edib ki, əcnəbi işçi qüvvəsindən istifadəni tənzimləyən qaydalara riayət edilməsinə dövlət nəzarətini həyata keçirən bir orqan kimi sahibkarlıq subyektlərində 168 yoxlama aparılıb, 123-də inzibati pozuntu aşkarlanıb və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Son illər miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilən Azərbaycanda qalma müddətinə müvafiq olaraq hesabat dövründə 541047 nəfərin olduğu yer üzrə qeydiyyata alındığı açıqlanıb.

Xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 76553 şəxs tərəfindən müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm