Qış vaxtı bitir
Bizi izləyin

Qırmızı.az

Qış vaxtı bitir

Qış vaxtı bitir

2014-cü ildə Azərbaycan ərazisində yay vaxtına keçid mart ayının son bazar günü, yəni martın 30-da saat 4.00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə həyata keçiriləcək.

Publika.Az-ın məlumatına görə, Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Hər il oktyabrın son bazar günü isə saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm