Qırmızı.az
Nazirlik 100 nəfərə avtomobil verdi – FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) müharibə əlilləri və onlara bərabər tutulan daha 100 nəfərə (60 nəfər Qarabağ müharibəsi, 15 nəfər Böyük Vətən müharibəsi, 2 nəfər 20 Yanvar, 13 nəfər Çernobıl AES əlilinə və hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş 10 nəfər şəxsə) “Naz-LİFAN” markalı minik avtomobillərini təqdim edib.
Publika.az xəbər verir ki, avtomobillərin təqdim olunması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bununla artıq ötən aydan etibarən 300 nəfərin minik avtomobili ilə təmin olunduğunu bildirib. Qeyd edib ki, ümumilikdə keçən il və cari ilin ötən dövründə 1833 nəfər müharibə əlilinə və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili verilib. Xidmət rəisi avtomobillə təmin edilən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin sayının artıq 5650 nəfərə yaxın olduğunu da diqqətə çatdırıb.
Gülnar Əliyeva

-
Nida Xəbər 15:38
Bir qrup QHT bəyanat yaydı: - Səfirliyimizə hücum edənlər cəzalandırılsın
-
Sosial15:19
Xankəndinə çatanda ermənilərin telefonuna gələn SMS - FOTO
-
Hadisə14:58
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında araşdırma başladı
-
Qarabağ 14:46
Larisa Alaverdyan: - Azərbaycanlılar Ermənistana QAYIDACAQ
-
ABŞ14:38
Bu hadisə ABŞ üçün tam uğursuzluq idi, çünki... - Con Bolton
-
Digər14:21
"Donetskin açarı" TUTULDU: - Kiyek TƏKZİB etdi
-
Dünya13:34
Tacikistanda “Regional Əməkdaşlıq-22” hərbi təlimləri - 7 ölkə iştirak edir
-
Magazin113:26
Pərvin Abıyeva bikinidə rəqs etdi - VİDEO