• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Elmin İnkişafı Fondu təqdimat keçirdi

Elmin İnkişafı Fondu təqdimat keçirdi

2015-ci il 21 oktyabr tarixində “Hilton-Baku” hotelində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində və Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevanın elmi redaktorluğu ilə nəşr olunmuş “Uşaq inkişafının qiymətləndirilməsi” (müəllif: Turanə Əliyeva) kitabının təqdimat mərasimi və Dövlət Proqramı çərçivəsində keçirilmiş Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin və Qarabağ tədqiqatları üzrə 3-cü “Şuşa qrantı” müsabiqəsinin qalib layihə rəhbərləri ilə ənənəvi görüş keçirilib.

“Uşaq inkişafının qiymətləndirilməsi” məktəbəqədər qiymətləndirmənin tarixi, qiymətləndirmə prosesinə istiqamət verilməsi üçün istifadə olunan ekoloji yanaşma, məktəbəqədər yaşlı uşaqların psixoloji qiymətləndirilməsi zamanı rast gəlinən etik məsələlər, əməl ediləcək prosedurlar və qiymətləndirmə zamanı ümumi məsələlər barədə qiymətli mənbədir. Kitabda həmçinin məktəbəqədər yaşlı uşaqların fiziki, sosial və mənəvi, emosional, həmçinin, nitq inkişafına dair məlumatlar, Kanada, Litva və bir sıra digər ölkələrdə məktəbəqədər yaşlı uşaqların inkişafının qiymətləndirilməsində geniş istifadə olunan Uşaqların Skrininqi üçün Diaqnostik Vəsaitinin (USDV) yaranma tarixi, psixometrik xüsusiyyətləri, USDV-nin Azərbaycana kross-kultural adaptasiya prosesi də təfsilatı ilə təqdim olunur.

Kitab əsasən psixologiya ixtisası üzrə təhsil alan tələbələri və psixoloji qiymətləndirmə sahəsində müəyyən kurslar keçmiş peşəkarları uşaq inkişafı və onun qiymətləndirilməsi sahəsində müvafiq bilik və bacarıqlarla təmin etmək məqsədilə hazırlanıb.

Təqdimat mərasimi çərçivəsində Elmin İnkişafı Fondunun nəticələri son günlər elan olunmuş 2 qrant müsabiqəsinin qalib layihə rəhbərləri ilə görüş də keçirilib. Qeyd edək ki, 3-cü “Şuşa qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 220000 manat olmaqla 5 qalib layihə müəyyənləşdirilib.

Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin nəticələrinə əsasən isə, ümumi maliyyələşdirilmə həcmi 500000 manat olmaqla 24 layihə qalib olub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR