Naxçıvanda yeni qurum yaradıldı - Fərman
Bizi izləyin

Qırmızı.az

Naxçıvanda yeni qurum yaradıldı - Fərman

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

Fərman məhkəmə ekspertizası sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə verilib.

Sənədə əsasən, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan Filialının əsasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi yaradılıb.

Fərmanla “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi haqqında Əsasnamə” də təsdiq edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm