Qırmızı.az
Xəzərdə suitilər kütləvi şəkildə qırılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin Azərbaycana aid hissəsinin şimal sahillərində suitilərin ölümü hallarına rast gəlinməsi ilə bağlı daxil olmuş məlumatı araşdırıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, aidiyyəti qurumlarının mütəxəssisləri dərhal suiti ölümünün qeydə alındığı ərazilərdə müşahidələrə başlayıb.
Hələlik Xəzər suitilərinin dəqiq ölüm səbəbi bilinmir. Heyvanların cəsədlərindən götürülmüş nümunələr ümumi analiz olunması üçün müvafiq laboratoriyaya göndərilib.
Qeyd edək ki, dünyada mövcud olan pərayaqlıların ən xırda növü hesab edilən endemik Xəzər suitilərinin son illərdə sayının azalması barədə bir sıra tədqiqatçılar tərəfindən fikirlər səslənsə də, aparılan mütəmadi araşdırmalar göstərir ki, bu azalma Xəzər suitilərinin nəslinin tam olaraq kəsilməsi kimi təhlükədən xəbər vermir.
Fəsil dəyişmələri ilə müşayiət olunan miqrasiya proseslərinin izlənilməsi və illik elmi-praktiki müşahidələrin nəticələrinə görə, antropogen və təbii təsirlərdən nisbi azalma qeydə alınsa da, suitilərin Xəzərdə, o cümlədən də dənizin Azərbaycan hissəsində fəsillərarası hərəkətinə tez-tez rast gəlinir.
Mütəxəssislər hesab edir ki, Xəzər dənizinin Azərbaycan hissəsinə aid şimal sahillərində suitilərin görünməsi buna sübutdur. Digər tərəfdən, bu günlərdə Abşeron yarımadasının Buzovna və Mərdəkan sahilyanı zonasında bir neçə suiti cəsədinin tapılması, bir tərəfdən populyasiyanın bərpasından xəbər verməklə yanaşı, eyni zamanda yenə də suitilərin təhlükədə olmasının göstəricisi sayıla bilər.
Qeyd edək ki, suiti cəsədləri üzərində aparılan ilk vizual müşahidələr göstərib ki, leşlər haldan düşmüş vəziyyətdə, mədəsi boş olan yaşlı fərdlərdir. Təxminən 2 həftə davam edəcək araşdırmalardan və təhlillərdən sonra suitilərin ölüm səbəbi məlum olacaq.

-
Qoroskop00:30
Günün ULDUZ FALI: narazılıq münaqişəyə səbəb ola bilər
-
Art16 Avqust 23:10
Azərbaycanın məşhur aktrisası VƏFAT ETDİ - FOTO
-
Sosial16 Avqust 22:24
Azərbaycanda ət bahalaşdı - VİDEO
-
Nida Xəbər 16 Avqust 21:48
Azərbaycan Ordusunun təcili müdaxiləsi zəruridir - Ekspert
-
Dünya16 Avqust 21:12
Quterreş və Ərdoğan Ukraynaya gedir
-
İdman16 Avqust 20:36
İslamiada: Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazandı
-
Sosial16 Avqust 20:24
Ukraynada azərbaycanlı tələbə İTKİN DÜŞDÜ - FOTO
-
Cənubi Qafqaz16 Avqust 20:12
Ermənistanda matəm elan edildi