Hacı Allahşükür Paşazadə qan verdi: “Başqasına həyat bəxş edənlər daha çox savab qazanır” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Hacı Allahşükür Paşazadə qan verdi: “Başqasına həyat bəxş edənlər daha çox savab qazanır” - FOTOLAR

Bu gün Təzə Pir məscidində Aşura Günü qeyd olunub.

Publika.az xəbər verir ki, səhər saatlarından başlayaraq insanlar məscidə axın edib.

Onlar müxtəlif mərsiyələr oxuyub, dualar ediblər. Məscidin həyətində bir neçə yerdə nəzir qutuları yerləşdirilib və insanlar ehsanlar paylayıb.

Məsciddə qanvermə aksiyası keçirilib. Saat 12:00 radələrində Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə qan verib. Onunla yanaşı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Heydər Məscidinin axundu Hacı Sabir, eləcə də şeyxin qardaşı Cavanşir Paşazadə qanvermə aksiyasında iştirak ediblər. Bu il qan verənlər sırasına ilk dəfə arxiyepiskop Aleksandr da qoşulub.

Qan verəndən sonra mətbuata açıqlama verən Şeyx sovet dönəmində Aşura mərasiminin qeyd olunmasına yaradılan çətinlikdən danışıb: "Sovet dövründə qoca arvadlar Allaha dua edirdi ki, bu günlərdə ölsün və onun yas mərasimində adamlar imamlar üçün ağlaya bilsinlər. Çünki Dövlət Təhlükəsizliyi Komitəsi imamlar üçün toplaşmağa icazə vermirdi".

Şeyx qanvermə aksiyasının əhəmiyyətindən danışıb və qeyd edib ki, bir çox ölkələr Azərbaycanın bu addımını təkrarlayır: "Aşura heç yerdə Azərbaycanda olduğu kimi qeyd olunmur. Bizdən sonra artıq Türkiyədə də qan vermə aksiyaları başlayıb. Bir çox ölkələr bizim müsbət addımımızı təkrarlayır. Hesab edirəm ki, başını yarıb qan çıxardanlar düzgün yolda deyil, qan verib başqalarına həyat bəxş edənlər daha çox savab qazanır".

Gulxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm