Bir ay çəkdi: Nazirliyin yeni təyin olunmuş rəisi işdən çıxarıldı
Bizi izləyin

Qırmızı.az

Bir ay çəkdi: Nazirliyin yeni təyin olunmuş rəisi işdən çıxarıldı

Azərbaycan Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarılıb.

Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib.

Hazırda Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi vəzifəsini Ramiz Ağayev icra edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat almaq mümkün olmayıb. Xatırladaq ki, V. Məmmədov ötən ay - sentyabrın 17-də bu vəzifəyə təyinat almışdı. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm