"Junalistlərə dəyər verək!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

"Junalistlərə dəyər verək!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib - FOTOLAR

"Today`s Baku” və Anadolu Universitetinin Azərbaycan rəhbərliyi bu dəfə də jurnalistlərı qiymətləndirməyi və unutmadıqlarını bir daha sübut edib.

Publika.az-ın verdiyi məlumata görə, "Today`s Baku”nun direktoru Vüqar Ağamalıoğlu və Anadolu Universitetinin Azərbaycan rəhbəri Azər Hətəmov da jurnalistlərlə birgə Quba rayonunun Qəçrəş kəndində olublar. Layihə çərçivəsində gerçəkləşən əvvəlki tədbirlər kimi bu dəfə də jurnalistlərin rahatlığı və istirahəti düşünülmüşdü və onlar üçün hər cür şərait yaradılmışdı. Qələm sahiblərinin istirahəti üçün futbol, voleybol və digər oyunlar təşkil edilmiş, hər bir kiçik detal nəzərə alınmışdı.

"Jurnalistlərə dəyər verək!” layihəsinin təşkilatçısı Vüqar Ağamalıoğlu bu tədbirin təşkilində onlara dəstək olanlara öz təşəkkürünü bildirib: "Bu bizim "Jurnalistlərə dəyər verək!” adı altında həyata keçirilən 4-cü tədbirimizdir. Bu tədbirə 40 yaxın jurnalist qatılıb və onların Azərbaycan regionlarını gəzməsi, bir arada olmaq imkanı qazandırması üçün, ümumiyyətlə yüksək səviyyədə istirahətlərinin təşkili üçün bütün imkanlardan istifadə edilib. Bizə dəstək olan Anadolu Universitetinin Azərbaycan rəhbərliyinə, xüsusilə Azər Hətəmova dərin təşəkkürümüzü çatdırıram. Onu da vurğulamaq istəyirəm ki, bu tədbirlərimizi davamlı keçirəcəyik. Məqsəd dövlətimizi sevdirmək, jurnalistləri pulsuz istirahətini təşkil etməkdir. Hər şeyi dövlətdən gözləmək düzgün deyil, özümüz də dövlətimiz üçün nəsə etməliyik”.

Anadolu Universitetinin Azərbaycan rəhbəri Azər Hətəmov da layihədə iştiraklarından məmnun olduqlarını qeyd edib: "Bu kimi tədbirlərin tez-tez həyata keçirilməsini, jurnalistlərə qiymət verilməsini və daim onlara dəstək olmağı unutmamaq lazmdır. Bu dövlət bizimdi və biz də ona dəstək olmalıyıq”.

Sonda layihəyə qatılan jurnalistlər təşkilatçılara öz minnətdarlıqlarını bildirib, "Jurnalistlərə dəyər verək!” layihəsinin davamlı olmasını diləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm