Qırmızı.az
Nazirlik 12 mindən çox ahıl və əlil vətəndaşa səyyar xidmət göstərir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri tərəfindən 12 350 nəfər tənha ahıl və əlil vətəndaş evlərində (səyyar) sosial-məişət xidməti ilə təmin olunur.
Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Onlardan 9974 nəfərini qadınlar, habelə 1007 nəfərini 70 yaşdan yuxarı olan tənha ahıl vətəndaşlar təşkil edir. Sosial işçilər həftədə iki dəfədən az olmayaraq tənha ahıl və əlil şəxslərin evlərinə gəlir, ev təsərrüfatlarında təmizlik və abadlıq işlərinin aparılması, yemək hazırlanması, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə onlara xidmətlər göstərirlər. Müvafiq qanunvericiliyə əsasən, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyac duyan tənha ahıllar, I qrup əlilliyi olan şəxslər və başqasının köməyinə ehtiyacı olan II qrup əlillər (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadığı halda) evlərində sosial-məişət xidməti ilə təmin olunurlar.
Hazırda sosial məişət xidməti göstərilənlərin 7851 nəfəri şəhər və qəsəbələrdə, digərləri kənd yerlərində yaşayan şəxslərdir.
Gülnar Əliyeva
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?